İdman

"Formula-1" komandası bolidin itməsi ilə bağlı məhkəməyə müraciət etdi

08 Oct 2026, 02:48 3 baxış
"Formula-1" komandası bolidin itməsi ilə bağlı məhkəməyə müraciət etdi
"Formula-1"in "Williams" komandası yarış avtomobilinin yoxa çıxması ilə bağlı "Autotech Performance" şirkətinin keçmiş direktoru və səhmdarı Piter Torpa qarşı İngiltərə Ali Məhkəməsində iddia qaldırıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb. Söhbət komandanın 2001-ci il mövsümündə istifadə etdiyi ""FW23 bolidindən gedir. Həmin dövrdə "Williams" üçün Xuan Pablo Montoya və Ralf Şumaxer çıxış edirdilər. 2015-ci ildə komanda avtomobili avtoservisdə eksponat kimi nümayiş etdirilməsi üçün "Autotech Performance" şirkətinə verib. Altı il sonra "Williams" bolidin qaytarılmasını tələb edib, lakin cavab almayıb. Daha sonra şirkət müflis elan edilərək ləğv olunub. Komandanın hüquqşünasları iddia edirlər ki, Torp ləğvedicilərə avtomobilin şəxsi mülkiyyətində olduğunu bildirib və onun başqa yerə aparılmasını təşkil edib. "Williams" avtomobilin qaytarılmasını və ya bir milyon funt sterlinqdən çox təzminat ödənilməsini tələb edir. Keçmiş rəhbər iddiaları rədd edir və bolidin harada olduğunu bilmədiyini deyir. Onun sözlərinə görə, keçirdiyi insultdan sonra yaddaşında problemlər yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər