Digər
Maduro və arvadına yeni ittihamlar irəli sürüləcək
ABŞ hakimiyyəti Venesuelanın prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresa qarşı yeni cinayət ittihamları irəli sürməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Nyu-York prokurorluğunun Maduro və həyat yoldaşını son illərdə Venesuelada saxlanılan ABŞ vətəndaşlarına işgəncə verilməsi ilə bağlı ittiham etməsi gözlənilir.
ABŞ hökumətinin iddiasına əsasən, Maduronun hakimiyyəti dövründə 10-dan çox amerikalı Venesuela həbsxanalarında qanunsuz saxlanılıb.
Mənbə
axar.az