Dünya
BƏƏ İran gəmilərinə qadağa qoydu
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti 472 gəminin ölkə limanlarının xidmətlərindən istifadə etməsinə qadağa qoyub. WANA agentliyinə istinadən xəbər verir ki, bu barədə BƏƏ Energetika və İnfrastruktur Nazirliyinin Dəniz İşləri Departamenti elan edib. Qurum qadağanın dəqiq səbəbləri barədə ətraflı məlumat verməyib. Lakin mövcud məlumatlara görə, bu gəmilərin əksəriyyəti İranla bağlıdır və ya Hörmüz boğazından keçmək üçün İran marşrutlarından istifadə edib. Bildirilir ki, qadağa qoyulan gəmilərin yarısından çoxunu neft tankerləri təşkil edir.
Mənbə
oxu.az