Şou biznes
Pünhan Piriyev: "Alim Qasımov toyuma 15 min manat istədi, mən onun məclisində pulsuz oxudum" - Video
Müğənni Pünhan Piriyev Xalq artisti, xanəndə Alim Qasımovun onun toyunda iştirak etmək üçün 15 min manat tələb etməsi ilə bağlı növbəti dəfə danışıb. Oxu.Az-ın məlumatına görə, müğənni Alim Qasımovun dəvəti ilə iştirak etdiyi məclisdə ödənişsiz oxuduğunu bildirib. Müğənni fikirlərini belə ifadə edib: "Alim müəllimin öz ailəsində məclis olub. Bilmirəm, nəvəsinin, yoxsa hansısa yaxın qohumunun məclisi idi. Alim müəllim məni dəvət etdi. Bunu özündən soruşa bilərsiniz. Dedim, ustad, ayın neçəsidirsə, gəlib iştirak edəcəyəm. Mənə dedi: "Bala, qiymətini de". Dedim: "Alim müəllim, o nə sözdür? Ayıbdır. Mən sizə qiymət deyə bilmərəm, mənə yaraşmır". Nişanə xanımla getdik, məclisdə oxuduq, Alim müəllimlə öpüşdük, görüşdük, qucaqlaşdıq. O kadrları çəkib paylaşmışıq. Mən ondan qonorar, pul götürməmişəm. O da dedi ki, "İnşallah, gələrəm, toyunda əvəzini çıxaram". Nə bilim, deyəcək ki, mənə filan qədər ver, gəlim. Mən başqa nə demişəm ki, şişirdirsiniz?"
Mənbə
oxu.az
Oxşar Xəbərlər