İdman

Benin millisinin baş məşqçisi Messidən xatirə hədiyyəsi ala bilməməsindən gileyləndi

08 Oct 2026, 02:16 2 baxış
Benin millisinin baş məşqçisi Messidən xatirə hədiyyəsi ala bilməməsindən gileyləndi
Benin milli komandasının baş məşqçisi Gernot Ror Argentina yığmasının oyunçularından, xüsusən də komandanın kapitanı Lionel Messidən xatirə hədiyyələri almaq cəhdlərinin uğursuzluqla nəticələnməsindən məyusluğunu ifadə edib. Oxu.Az "Footmercato" nəşrinə istinadən xəbər verir. "Yeganə mənfi məqam o idi ki, argentinalılar bizə heç nə vermədilər. Nə Messinin fotosunu, nə də formasını ala bildik. Bizi hətta dəhlizə, paltardəyişmə otağına belə buraxmadılar; mühafizə heç kimə keçməyə icazə vermirdi. Bəzi futbolçular forma dəyişdirməyə gəlmişdilər, buna görə çətin olacağını başa düşürdük. Hər şeyi sınadıq, amma heç nəyə nail ola bilmədik. Beninin rənglərində - sarı, qırmızı və yaşıl güllərdən ibarət buket təklif etdik, lakin bu da işə yaramadı. Mən yalnız Messinin 2018-ci ilə aid formasını Skaloniyə verdim, o, mənə imzalamağımı xahiş etdi və geri qaytardı, vəssalam", - deyə Ror bildirib. Qeyd edək ki, oktyabrın 7-də 39 yaşlı ulduz Buenos-Ayresdəki "Monumental" stadionunda Benin millisinə qarşı vida matçına çıxıb. Görüş Argentina yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər