İdman

Jorji Jezuş Ronaldunun Portuqaliya millisinə qayıtması barədə danışdı

05 Oct 2026, 02:16 3 baxış
Jorji Jezuş Ronaldunun Portuqaliya millisinə qayıtması barədə danışdı
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldunu yenidən milli komandaya qəbul etməyə hazır olduğunu bildirib. Oxu.Az xəbər verir ki, mütəxəssisin şərhini "A Bola" qəzeti yayımlayıb. "Mən nə baş verəcəyini bilmirəm, mənim üçün hər şey açıqdır. O, milliyə çağırılana qədər həyatının necə davam edəcəyinə qərar verməlidir. Əgər oynayırsa və milli komandada olmaq istəyirsə, istədiyi vaxt qayıda bilər, niyə də olmasın? Bu, anlaşılmazlıq idi və məncə, onu asanlıqla həll etmək olar. Bildiyim qədər hər şey qaydasındadır. Bu nə vaxt həll olunacaq? Bilmirəm, baxarıq", - deyə Jezuş bildirib. Xatırladaq ki, daha əvvəl Ronaldu Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda Danimarka ilə keçiriləcək oyundan (4:2) əvvəl Portuqaliya millisinin düşərgəsini tərk edib. Hücumçu gələcəkdə belə qərar verməsinin səbəblərini açıqlayacağını bildirib. Futbolçu ikinci turda Norveçlə keçirilən oyunda (2:1) ehtiyat oyunçular skamyasında qalıb. Portuqaliya Futbol Federasiyasının nümayəndələri gələn həftə Ronaldu ilə görüşərək futbolçu ilə Jezuşun münasibətlərini yaxşılaşdırmağa çalışacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər