Şou biznes

Anatoli Kaşpirovskinin mirası məlum oldu

04 Oct 2026, 04:08 4 baxış
Anatoli Kaşpirovskinin mirası məlum oldu
Rusiyalı psixoterapevt Anatoli Kaşpirovski vəfat etdikdən sonra onun ailəsinə hansı əmlakın qalacağı məlum olub. Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, Kaşpirovski Moskvada, Mitino rayonunun Minsk küçəsində 55.9 kvadratmetr sahəsi olan mənzilin sahibi olub. Həmin ərazidə və yaxınlıqdakı binalarda analoji mənzillərin qiyməti 20 milyon rubldan (təxminən 407 min manat) başlayır. Məlumata görə, Kaşpirovski bu yaxınlarda həmin daşınmaz əmlakı ötən il ona qız övladı dünyaya gətirən həyat yoldaşı Qulizara vəsiyyət etmiş ola bilər. Mərhumun Sergey adlı oğlu da var. Vəsiyyətnamə olmadığı təqdirdə onun həyat yoldaşı və oğlu varislər sırasında olacaq. Qeyd edək ki, Kaşpirovski 87 yaşında vəfat edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər