Şou biznes

Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü

03 Oct 2026, 15:06 5 baxış
Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü
Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyor daha əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) elit axtarış-xilasetmə bölməsində xidmətdə olub, pilot lisenziyasına və pilot təlimi hüququna malik idi. Qəza anında təyyarənin göyərtəsində ondan dərs alan bir qadın olub və o da qəzada həyatını itirib. Qeyd edək ki, Qi Kapulnik Venesiya Film Festivalında "Qızıl aslan" mükafatını qazanan "Livan" filmi ilə tanınır.
Mənbə oxu.az

Oxşar Xəbərlər