Şou biznes

Amerikalı aktrisanın yarım milyonluq nişan üzüyü ölümündən sonra yoxa çıxdı - FOTO

04 Oct 2026, 06:36 3 baxış
Amerikalı aktrisanın yarım milyonluq nişan üzüyü ölümündən sonra yoxa çıxdı - FOTO
Amerikalı aktrisa Hayden Panettierinin keçmiş nişanlısı, ukraynalı boksçu Vladimir Kliçkonun ona hədiyyə etdiyi 500 min dollar (850 min manat - red.) dəyərində nişan üzüyü aktrisanın ölümündən sonra yoxa çıxıb. Oxu.Az "US Magazine" jurnalına istinadən xəbər verir ki, Panettierinin yaxınları zinət əşyasının oğurlandığını düşünürlər.
Jurnalın məlumatına görə, aktrisanın Kliçkodan aldığı və illər ərzində qoruyub saxladığı üzüyü yoxa çıxıb. Onun dostları və ailə üzvləri hesab edirlər ki, aktrisanın son günlərində yanında olan şəxslərdən biri əşyaları lombarda təhvil verərkən üzüyü götürüb. Xatırladaq ki, Hayden Panettieri 36 yaşında vəfat edib. Aktrisanın ölümü bədbəxt hadisə kimi qiymətləndirilib. Məlumata görə, Panettierinin ölümünə qadağan olunmuş maddələr və reseptlə verilən sakitləşdirici dərmanların qarışığının toksik təsiri səbəb olub. Jurnalistlərin məlumatına görə, aktrisanın mirası onun 11 yaşlı qızı Kaya-Evdokiya Kliçkoya qalacaq.
Amerikalı aktrisanın yarım milyonluq nişan üzüyü ölümündən sonra yoxa çıxdı - FOTO Amerikalı aktrisanın yarım milyonluq nişan üzüyü ölümündən sonra yoxa çıxdı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər