İqtisadiyyat

Ağdamda 14 milyonluq layihə: Yeni istehsal müəssisəsi yaradılır

02 Oct 2026, 17:34 2 baxış
Ağdamda 14 milyonluq layihə: Yeni istehsal müəssisəsi yaradılır
Ağdam Sənaye Parkının (ASP) yeni rezidenti tərəfindən yağ istehsalı layihəsi həyata keçiriləcək. Oxu.Az xəbər verir ki, "Ağdam Agro Yağ" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan ASP-nin rezidenti statusu verilib. Şirkət tərəfindən Parkın ərazisində investisiya dəyəri 14.2 milyon manat olan yağ istehsalı müəssisəsinin yaradılması planlaşdırılır. Layihə çərçivəsində rafinə edilmiş və rafinə edilməmiş günəbaxan, qarğıdalı, soya və pambıq yağlarının istehsalı nəzərdə tutulur. Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, Ağdam rayonunda 190 hektar ərazidə yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Burada rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən tam azaddırlar. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilir. Bununla yanaşı, sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.
Ağdamda 14 milyonluq layihə: Yeni istehsal müəssisəsi yaradılır Ağdamda 14 milyonluq layihə: Yeni istehsal müəssisəsi yaradılır
Mənbə oxu.az

Oxşar Xəbərlər