Dünya

Məşhur fransız aktrisanın vida mərasimində diqqətçəkən məqam

03 Oct 2026, 01:00 3 baxış
Məşhur fransız aktrisanın vida mərasimində diqqətçəkən məqam
Rusəsilli fransalı aktrisa Marina Vladi Paris yaxınlığındakı Arkey kommunasında kremasiya edilib. Onunla vida mərasimi məhdud sayda insanın iştirakı ilə keçirilib. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə aktrisanın ailəsinə yaxın şəxslər məlumat veriblər. Mərasimdə aktrisanın ailə üzvləri və yaxın dostları iştirak ediblər. Agentliyin həmsöhbəti aktrisanın külünün nə vaxt və harada dəfn olunacağı ilə bağlı məlumatların açıqlanmadığını bildirib. Qeyd edək ki, əsl adı Yekaterina-Marina Polyakova-Baydarova olan Marina Vladi sentyabrın 24-də 88 yaşında vəfat edib. Aktrisa yaradıcılığı ərzində 100-dən çox film və serialda müxtəlif obrazları canlandırıb.
Məşhur fransız aktrisanın vida mərasimində diqqətçəkən məqam
Mənbə oxu.az

Oxşar Xəbərlər