İdman

Mbappe Fransa millisinin oyununda dizindən zədələndi

26 Sep 2026, 02:14 4 baxış
Mbappe Fransa millisinin oyununda dizindən zədələndi
Fransa milli komandasının hücumçusu Kilian Mbappe Millətlər Liqasının ilk turunda Türkiyə ilə oyunda zədələnib. Oxu.Az xəbər verir ki, Mbappe 54-cü dəqiqədə hesabı açıb və qol sevincini yaşayarkən dizini tutub. Dörd dəqiqə sonra Fransa millisinin kapitanı axsayaraq yenidən dizindən yapışıb, bu dəfə futbolçuya həkimlərin köməyi lazım olub. Fransa millisinin baş məşqçisi Zinəddin Zidan hücumçunun millinin düşərgəsini erkən tərk edə biləcəyini deyib. 27 yaşlı Mbappe Fransa millisi ilə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi, 2022-ci ildə Qətərdə keçirilən mundialın gümüş medalçısı olub. O, dünya çempionatlarında 22 qolla rekordçudur. Hücumçu İspaniyanın "Real" klubunda çıxış edir. O, cari mövsümdə 8 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər