Dünya
Moskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmayıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Qurumdan bildirilib ki, Ermənistan tərəfi əvvəllər istehsal müəssisələrində aşkar edilmiş pozuntuların aradan qaldırıldığını təsdiqləyən sənədləri təqdim etməyib. "Rosselxoznadzor"a Ermənistan tərəfinin balıq və süd məhsullarının istehsalı zamanı aşkar edilmiş pozuntuların aradan qaldırıldığını təsdiqləyən sənədlər təqdim edilməyib. Ermənistanın inspeksiya orqanından yalnız zəmanətlər və müraciətlər daxil olub. Məhdudiyyətlərin aradan qaldırılması üçün bu kifayət deyil", - deyə rəsmi məlumatda bildirilib. Bundan əvvəl Rusiya tərəfi aşkar edilmiş pozuntular səbəbindən Ermənistandan müxtəlif məhsulların idxalını məhdudlaşdırıb. Müvəqqəti qadağalara mineral su, alkoqollu içkilər, eləcə də tərəvəz və meyvələr də daxil edilib.
Mənbə
oxu.az