Dünya

Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO

26 Sep 2026, 03:02 4 baxış
Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO
Yarış treki üçün hazırlanmış birinci nəsil "BMW M3" (E30) hərraca çıxarılıb. Avtomobilin əvvəlki sahibləri arasında məşhur "Jamiroquai" qrupunun yaradıcısı və solisti Cey Key də olub. Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, hazırda ən yüksək təklif cəmi 15 300 avrodur, lakin hərracın başa çatmasına hələ səkkiz gün qalır.
Bu avtomobilin tarixçəsi 1986-cı ildən başlayıb. Onun ilk sahibi Almaniyadan olub, daha sonra avtomobil Fransaya, Danimarkaya və Böyük Britaniyaya aparılıb, hazırda isə İrlandiyadadır. Bir müddət sonra avtomobil "Classic Heroes" şirkətinin mütəxəssislərinin əlinə keçib. Onlar standart "M" modelini trek avtomobilinə çeviriblər. Salonda təhlükəsizlik karkası və çoxnöqtəli kəmərlərlə təchiz edilmiş oturacaqlar quraşdırılıb, arxa oturacaq isə çıxarılıb.
Texniki göstəricilər də təkmilləşdirilib. Yenidən yığılmış və gücləndirilmiş 2.5 litrlik mühərrik ilkin 192 at gücü əvəzinə təxminən 260 at gücü hasil edir. Əyləc sistemi dördporşenli dəstəklərə və 330 millimetrlik disklərə malik "AP Racing" mexanizmləri ilə təchiz olunub. Döngələrdən rahat keçmək üçün tam tənzimlənən asqı quraşdırılıb. Avtomobil ümumilikdə 190 min kilometr məsafə qət edib.


Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO Əvvəllər məşhur müğənniyə məxsus olan "BMW M3 E30" hərraca çıxarılır - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər