İdman

Belçika İtaliyanı susdurdu: Mançini ilk oyununda MƏĞLUB OLDU - VİDEO

26 Sep 2026, 00:46 2 baxış
Belçika İtaliyanı susdurdu: Mançini ilk oyununda MƏĞLUB OLDU - VİDEO
UEFA Millətlər Liqasında birinci tur çərçivəsində daha səkkiz oyun baş tutub. Oxu.Az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından birində İtaliya öz meydanında Belçikanı qəbul edib. A liqasının 2-ci qrupunda keçirilmiş görüş ev sahiblərinin məğlubiyyəti ilə başa çatıb - 0:2. Qolları 20-ci dəqiqədə Mika Qodts, 69-cu dəqiqədə Dodi Lukebakio vurublar.

Beləliklə, İtaliya millisinin yeni baş məşqçisi Roberto Mançini komandanın sükanı arxasında işinə məğlubiyyətlə başlayıb. Qrupun digər matçında Fransa millisi səfərdə Türkiyəni məğlub edib - 0:1. Digər matçlar aşağıdakı nəticələrlə başa çatıb: B Liqası, II qrup Gürcüstan - Şimali İrlandiya - 0:1. Macarıstan - Ukrayna - 0:1. B Liqası, IV qrup Polşa - Bosniya və Herseqovina - 0:0. İsveç - Rumıniya - 2:1. C Liqası, II qrup Ermənistan - Latviya - 2:0. Monteneqro - Kipr - 2:1.
Mənbə oxu.az

Oxşar Xəbərlər