Digər
Seçim ABŞ-ın ixtiyarındadır - Arakçı
Tehran Qətər vasitəsilə ABŞ-a Hörmüz boğazından gəmiçiliyin bərpası üçün yeddi günlük plan təqdim edib.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı jurnalistlərə açıqlamasında deyib.
"İran Qətər vasitəsilə ABŞ-a yeddi günlük aydın plan təqdim edib. Lazımi şərtlər yerinə yetirilərsə, boğaz yenidən açılacaq və yeddi gün ərzində normal gəmiçilik bərpa olunacaq. Seçim ABŞ-ın ixtiyarındadır", - deyə o bildirib.
Mənbə
axar.az