Dünya

İtaliyanın ikinci ən böyük hava limanına Berluskoninin adı verildi

26 Sep 2026, 02:01 3 baxış
İtaliyanın ikinci ən böyük hava limanına Berluskoninin adı verildi
İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensaya İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı verilib. Oxu.Az xəbər verir ki, bu barədə "Rainews24" məlumat yayıb. Bundan sonra hava limanının tam adı "Milan-Malpensa Silvio Berluskoni Hava Limanı" olacaq. Lakin qərar Milan şəhər administrasiyasının və hava limanının yaxınlığında yerləşən Vareze əyalətinin üç bələdiyyəsinin etirazına səbəb olub. Yerli hökumət orqanları müzakirələr zamanı mövqelərinin nəzərə alınmadığını və hava limanını idarə edən SEA şirkətinin müəyyən edilmiş prosedurlardan kənara çıxdığını əsas gətirərək məhkəməyə müraciət ediblər. Bununla belə, Lombardiya Regional İnzibati Məhkəməsi iddiaçıların tələblərini əsassız hesab edib. Məhkəmə bələdiyyələrin hava limanlarının adlandırılmasına təsir etmək üçün hüquqi səlahiyyətlərinin olmadığını bildirib. Bundan sonra ad dəyişikliyi ilə bağlı qərar qanuni qüvvəyə minib. Malpensa Milan aqlomerasiyasının ən böyük hava limanıdır və sərnişin axınına görə İtaliyada yalnız Romanın Fyumiçino hava limanından geri qalır.
Mənbə oxu.az

Oxşar Xəbərlər