İdman

Ukrayna-Macarıstan matçında KÜTLƏVİ DAVA: Futbolçular bir-birinə GİRDİLƏR - VİDEO

26 Sep 2026, 02:44 3 baxış
Ukrayna-Macarıstan matçında KÜTLƏVİ DAVA: Futbolçular bir-birinə GİRDİLƏR - VİDEO
Millətlər Liqasının qrup mərhələsinin ilk turunun matçında Ukrayna və Macarıstan yığmalarının futbolçuları əlavə vaxtda kütləvi şəkildə dalaşıblar. Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, Ukrayna yığması sentyabrın 26-da Budapeştdə Macarıstanı 1:0 hesabı ilə məğlub edib. İkinci hissəyə əlavə olunmuş vaxtın ikinci dəqiqəsində ukraynalı hücumçu Aleksandr Nazarenko meydanın kənarında Macarıstan millisinin yarımmüdafiəçisi Raymund Totla mübarizə zamanı kobud oynayıb və ikinci sarı vərəqəni alıb.

Bundan sonra ukraynalı hücumçu Viktor Tsıqankov Macarıstan millisinin kapitanı Dominik Soboslaiyə nəsə deyib. Miloş Kerkez Soboslaiyə dəstək olmaq istəyib. Bu zaman Ukrayna millisinin kapitanı Nikolay Matviyenko ona yaxınlaşaraq Kerkezi formasının yaxasından kobud şəkildə tutub. Davaya komandaların digər futbolçuları və ehtiyat oyunçuları da qoşulublar. Qarışıqlıq zamanı Matviyenko yerə yıxılıb. Tribunalardan futbolçuların üzərinə müxtəlif əşyalar atılıb. Onlardan biri Macarıstan millisinin yarımmüdafiəçisi Andraş Şeferin başına dəyib. Hadisədən sonra Tsıqankov, Kerkez, Soboslai və Matviyenko sarı vərəqə ilə cəzalandırılıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər