İdman

Fransa millisi Mbappenin qolu sayəsində Türkiyəyə qalib gəldi - VİDEO

26 Sep 2026, 00:52 3 baxış
Fransa millisi Mbappenin qolu sayəsində Türkiyəyə qalib gəldi - VİDEO
UEFA Millətlər Liqasının (A Liqası) qrup mərhələsinin I turunda Türkiyə və Fransa milli komandaları qarşılaşıblar. Görüş İzmit şəhərindəki "Kocaeli" stadionunda keçirilib. Matçın baş hakimi Almaniyadan Feliks Tsvayer olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 54-cü dəqiqəsində Fransa millisinin hücumçusu Kilian Mbappe hesabı açıb. Beş dəqiqə sonra futbolçu qol epizodu zamanı aldığı zədə səbəbindən əvəzlənib. 87-ci dəqiqədə isə meydan sahiblərinin qapıçısı Uğurcan Çakır qırmızı vərəqə alıb.

Qrup mərhələsinin II turunda Türkiyə sentyabrın 28-də İtaliya ilə qarşılaşacaq. Fransa isə həmin gün Belçika ilə üz-üzə gələcək. Millətlər Liqasının hazırkı qalibi Portuqaliya millisidir. Turnirin ötən mövsümünün finalında Portuqaliya yığması İspaniyanı məğlub edib - 2:2, penaltilər seriyasında 5:3. Digər matçlar aşağıdakı nəticələrlə bitib: A Liqası, I qrup İtaliya - Belçika - 0:2. B Liqası, II qrup Gürcüstan - Şimali İrlandiya - 0:1. Macarıstan - Ukrayna - 0:1. B Liqası, IV qrup Polşa - Bosniya və Herseqovina - 0:0. İsveç - Rumıniya - 2:1. C Liqası, II qrup Ermənistan - Latviya - 2:0. Monteneqro - Kipr - 2:1.
Mənbə oxu.az

Oxşar Xəbərlər