İdman
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib. Oxu.Az xəbər verir ki, klub Rafael Utziqlə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb. 30 yaşlı braziliyalı vinger daha əvvəl də "Qəbələ"də çıxış edib. O, 2020-2023-cü illərdə komandanın heyətində 94 oyuna çıxıb və 18 qol vurub. O, daha sonra Azərbaycanda "Zirə"də də oynayıb. Rafael Utziq son olaraq Vyetnamın "Ho Çi Minh Siti" klubunda çıxış edib.
Mənbə
oxu.az