Dünya

ABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər

26 Sep 2026, 01:24 2 baxış
ABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər
ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyyat dairələrinin Səudiyyə Ərəbistanının nüvə silahı proqramını inkişaf etdirmək variantını istisna etmədiyinə dair qiymətləndirmələri yer alır. Qeyd olunur ki, bu, ABŞ Prezidenti Donald Trampın Ər-Riyadın dinc məqsədli nüvə proqramına dəstək haqqında imzaladığı sazişlə bağlı bəzi deputatların narahatlığını artırıb. Onların fikrincə, bu, Ər-Riyadın nüvə başlığı hazırlamasına şərait yarada və Yaxın Şərqdə silahlanma yarışına səbəb ola bilər. Məlumata əsasən, ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvləri Vaşinqtonla Ər-Riyad arasında bağlanan və uranın 20%-dək zənginləşdirilməsinə imkan verən sazişin radioaktiv materialların bir hissəsinin hərbi məqsədlərə yönəldilməsi ilə nəticələnə biləcəyini düşünürlər. Nəşrin izah etdiyi kimi, Konqres bu sazişlə bağlı 90 günlük qiymətləndirmə aparır və onu bloklayan qanun layihəsi qəbul edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər