Digər

İran qazı Azərbaycan ərazisindən keçəcək - Cəlali

26 Sep 2026, 01:12 2 baxış
İran qazı Azərbaycan ərazisindən keçəcək - Cəlali

İrandan Rusiyaya qaz nəqlinə imkan verəcək qaz kəmərinin tikintisi, əsasən, Moskvanın maliyyəsi hesabına həyata keçiriləcək.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.


O, qaz kəmərinin Azərbaycan ərazisindən keçəcəyini dəqiqləşdirib və layihəni dəstəkləyənlərə təşəkkür edib:


"Əsas maliyyələşmə Rusiyadan gələcək. Lakin bu layihə üzərində hər üç ölkə - Rusiya, İran və Azərbaycan - birlikdə işləyir".

Mənbə axar.az

Oxşar Xəbərlər