Cəmiyyət

Bu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildi

15 Sep 2026, 13:40 9 baxış
Bu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildi
Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydalarında dəyişiklik olunub. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, Azərbaycan dili üzrə sualların sayı isə 10-dan 15-ə artırılıb. Bundan sonra imtahan Azərbaycan dili üzrə 15, qanunvericilik üzrə 50, məntiq üzrə 20, dünyagörüşü üzrə 15 sualdan ibarət olacaq. İmtahanda Azərbaycan tarixi üzrə verilən 10 sual isə ləğv olunub. Kompüter bilikləri üzrə 10 sual əvəzinə isə dünyagörüşü üzrə 15 sual soruşulacaq. Yeni model imtahan isə aşağıdakı kimi olacaq: Azərbaycan dili üzrə suallar - 15 Qanunvericilik üzrə suallar 50 Məntiq üzrə suallar - 20, Dünyagörüşü üzrə suallar - 15.
Mənbə oxu.az

Oxşar Xəbərlər