Cəmiyyət

Xınalıqda yolu dağıdıb gediblər - Sakinlərdən etiraz - VİDEO

15 Sep 2026, 12:36 5 baxış
Xınalıqda yolu dağıdıb gediblər - Sakinlərdən etiraz - VİDEO
Xınalıq kənd yolunda hərəkət məhdudlaşdırılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 14-də səhər saatlarında olub. Kənd sakinlərinin sözlərinə görə, yol bağlanıb və nəqliyyat vasitələrinin, eləcə də kənd sakinlərinin gediş-gəlişi məhdudlaşdırılıb. Yolu bağlayan şəxslərin hər hansı izahat vermədən ərazidən uzaqlaşdıqları bildirilir. Kənd sakinlərinin verdiyi məlumata görə, yaşlı qadınlar, kişilər öz əlləri ilə daşları yoldan təmizləməyə çalışırlar. Sakinlər yaranmış vəziyyətdən narazılıq edərək qurumların məsələyə müdaxilə etməsini istəyirlər. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər