Dünya
Çində güclü zəlzələ oldu
Çinin cənub-qərb bölgəsindəki Sıçuan bölgəsində 5.5 maqnitudalı zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata əsasən, bu gün saat 14:40-da (Bakı vaxtı ilə 10:40-da) baş verən seysmik hadisənin episentri Tszyanyu şəhərindən 18 kilometr şimal-qərbdə olub. Yeraltı təkanlar episentrdəki gücünə və intensivliyinə görə "çox güclü" kateqoriyasına aid edilib. ABŞ-nin Geoloji Xidməti isə zəlzələnin maqnitudasının 5.4 olduğunu açıqlayıb. Onların hesablamalarına görə, seysmik hadisənin ocağı 10 kilometr dərinlikdə yerləşib. İtki və dağıntı barədə məlumat verilməyib.
Mənbə
oxu.az