Dünya

Hörmüzlə bağlı yeni göstəricilər açıqlandı: ABŞ prezidenti nəyə işarə edir? - FOTO

03 Sep 2026, 18:00 33 baxış
Hörmüzlə bağlı yeni göstəricilər açıqlandı: ABŞ prezidenti nəyə işarə edir? - FOTO
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən neftin həcminin gündəlik 18 milyon barelə qədər bərpa olunduğunu göstərən infoqrafika paylaşıb. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" səhifəsində məlumat verib. Məlumata görə, Yaxın Şərqdəki münaqişə başlamazdan əvvəl bu göstərici sutkada 20 milyon barel təşkil edirdi. Paylaşılan şəklin üzərində "Hörmüz boğazı vasitəsilə neft tədarükünün həcmi bərpa olunub" sözləri qeyd edilib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin energetika naziri Kris Rayt CNBC telekanalına verdiyi müsahibədə sentyabrın 1-də Hörmüz boğazından neft nəqlinin həcminin 17 milyon bareli ötdüyünü bildirmişdi.
Hörmüzlə bağlı yeni göstəricilər açıqlandı: ABŞ prezidenti nəyə işarə edir? - FOTO Hörmüzlə bağlı yeni göstəricilər açıqlandı: ABŞ prezidenti nəyə işarə edir? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər