Dünya

"Apple"ın yeni rəhbərinin maaşı məlum olub

02 Sep 2026, 23:36 26 baxış
"Apple"ın yeni rəhbərinin maaşı məlum olub
"Apple"ın yeni baş icraçı direktoru Con Ternusun illik əməkhaqqısı 3 milyon dollar təşkil edəcək. O həmçinin şirkətin 55 milyon dollar dəyərində səhmlərini alacaq. Oxu.Az pravilamag.ru-ya istinadən xəbər verir ki, bu, şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi sənədlərdən məlum olub. "Apple"ın icraçı sədri təyin olunan keçmiş rəhbəri Tim Kuk yeni vəzifəsində ildə 2 milyon dollar alacaq. Ona həmçinin "Apple"ın 45 milyon dollar dəyərində səhmləri təqdim ediləcək. Xatırladaq ki, Con Ternus sentyabrın 1-də Tim Kuku şirkətin baş icraçı direktoru postunda rəsmən əvəz edib. Kuk 15 il ərzində baş icraçı direktor vəzifəsini icra edib. O, 2011-ci ildə bu postda "Apple"ın həmtəsisçisi Stiv Cobsu əvəzləmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər