Şou biznes
"Taxt oyunları"nın aktyoru "Harri Potter" serialında rol alacaq - FOTO
HBO "Harri Potter" serialının ikinci mövsümündə əsas rollardan birinin yeni ifaçısını müəyyənləşdirib. Belə ki, serialın davamında aktyor Kit Harinqton rol alacaq və ekranda Zlatopust Lokons obrazını canlandıracaq. Oxu.Az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb. "Taxt oyunları" serialının ulduzuna Qaranlıq sənətlərdən müdafiə müəllimi rolu həvalə olunub. Harinqton Harri Potterin təhsilinin ikinci ilində bu fənni tədris edən Lokons obrazını canlandıracaq. Əvvəlcə obrazı Nikolas Holtun canlandırması planlaşdırılırdı. Lakin "Supermen" filminin ulduzunun çəkiliş cədvəli dəyişdiyi üçün layihədə iştirak etməyə vaxtı olmayıb. Maraqlıdır ki, Kit Harinqton Lokons obrazını daha əvvəl də səsləndirib. Aktyor personajı "Harri Potter və Gizli otaq" əsərinin audio versiyasında canlandırıb. Bu dəfə isə 39 yaşlı aktyor obrazı HBO-nun serialında ekranlaşdıracaq. Kit Harinqton serialın aktyor heyətinə payızda, ikinci mövsümün çəkilişləri başlayanda qoşulacaq. Qeyd edək ki, fantastik serialın ilk mövsümünün HBO platformasında dekabrın 25-də yayımlanması planlaşdırılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər