Dünya

Kainatın sirlərini araşdıracaq: NASA-nın yeni teleskopu kosmosa yola düşür

25 Aug 2026, 02:48 3 baxış
Kainatın sirlərini araşdıracaq: NASA-nın yeni teleskopu kosmosa yola düşür
Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) "Nancy Grace Roman" kosmik teleskopunu qaranlıq enerjini araşdırmaq, ekzoplanetləri kəşf etmək və Kainatın strukturunu öyrənmək məqsədilə kosmosa göndərməyə hazırlaşır. Buraxılışın avqustun 30-da Floridadakı Kanaveral burnunda yerləşən kosmodromdan həyata keçirilməsi planlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə NASA məlumat yayıb. "Nancy Grace Roman" teleskopu səmanın böyük hissələrinin və ümumilikdə Kainatın irimiqyaslı müşahidələrini aparmaq üçün hazırlanıb. Tədqiqatçılar onun vasitəsilə Kainatın təkamülünü və genişlənməsinə təsir edən amilləri öyrənməyi, həmçinin Günəş sistemindən kənarda yerləşən və ulduzların ətrafında dövr edən ekzoplanetləri araşdırmağı planlaşdırırlar. Teleskop kosmosa "SpaceX Falcon Heavy" raketi ilə göndəriləcək. Bu daşıyıcı "SpaceX" şirkətinin ən güclü raketlərindən biri hesab olunur. Raket sistemi böyük həcmli kosmik aparatları orbitə çıxarmaq üçün zəruri gücü təmin edən üç birləşdirilmiş sürətləndirici blokdan ibarətdir. Hazırda "Nancy Grace Roman" teleskopu buraxılış zamanı aparatı atmosferin təsirlərindən və aerodinamik təzyiqdən qoruyan xüsusi örtüyün içərisində yerləşdirilib. Buraxılışla bağlı yekun qərar avqustun 21-də Kennedi adına Kosmik Mərkəzdə keçirilən missiyaya hazırlıq yoxlamasından sonra qəbul edilib. NASA nümayəndələri, teleskopun işçi qrupu və "SpaceX" mütəxəssisləri kosmik aparatın, raketin və start kompleksinin texniki vəziyyətini, eləcə də uçuşa hazırlıq prosesini qiymətləndiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər