Şou biznes

Filipp Kirkorov Puqaçova ilə evliliyindən qalan nişan üzüyünü hələ də saxlayır

24 Aug 2026, 16:52 6 baxış
Filipp Kirkorov Puqaçova ilə evliliyindən qalan nişan üzüyünü hələ də saxlayır
Rusiyalı müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı, Rusiya Federasiyasının Xalq artisti Alla Puqaçovadan qalan əşyaları hələ də saxladığını etiraf edib. Oxu.Az xəbər verir ki, bu barədə o, "RIA Novosti"yə açıqlamasında bildirib. "Mən belə əşyaları atmıram. Puqaçova ilə bağlı nəyim varsa, xüsusi bir yerdə qorunur. Axı bu, bir tarixdir, niyə onları atmalıyam? Hətta məktubları və açıqcaları belə saxlayıram", - deyə sənətçi bildirib. Kirkorovun sözlərinə görə, o, Puqaçova ilə evli olduğu müddətdə taxdığı nişan üzüyünü qoruyub saxlayıb. Həmçinin müğənnidə sabiq xanımının ona hədiyyə etdiyi sarı rəngli pencəyi də var. İfaçı etiraf edib ki, həmin geyimi ilk dəfə məhz boşandıqdan sonra geyinib. "Biz "İlin mahnısı" festivalında "Şəhərdə soyuqdur" mahnısı ilə birgə çıxış edirdik. Mən onu rəmzi olaraq geyinmişdim - onunla başladıq və onunla da bitirdik. Bu, "Olimpiyski"də baş vermişdi, o, proqramın aparıcısı idi və biz onunla duet oxuyurduq", - deyə sənətçi xatırlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər