Şou biznes
"Supermen" və "Ədalət Liqası" filmlərinin aktrisası Şelli Fabares vəfat edib - FOTO
"Supermen" və "Ədalət Liqası" seriallarındakı rolları ilə tanınan aktrisa Şelli Fabares Los-Ancelesdə 82 yaşında vəfat edib. Oxu.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu xəbəri sənətçinin ailəsi təsdiqləyib. Şelli aktrisalıq karyerasına 10 yaşında başlayıb. Ona əsl şöhrəti 1958-1963-cü illərdə çəkildiyi "Donna Rid Şousu"ndakı "Meri Stoun" obrazı qazandırıb. Həmin dövrdə o, "Top-40" siyahısına daxil olan iki hit mahnı yazdırıb və Elvis Presli ilə birlikdə üç filmdə rol alıb. Daha sonra aktrisa "Hər dəfə bir gün" və "Məşqçi" sitkomları, həmçinin "Brayanın mahnısı" ekran işində Ceyms Kaanın həyat yoldaşı rolu ilə izləyicilərin yaddaşında qalıb. Fabares əvvəlcə prodüser Lu Adlerlə evli olub, 1984-cü ildən isə aktyor Mayk Farrellə ailə həyatı qurub. 2000-ci ildə qaraciyər transplantasiyası əməliyyatı keçirən sənətçi, sonradan bu hadisənin onun həyatını tamamilə dəyişdiyini bildirmişdi.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az