Dünya
Netanyahudan ŞOK AÇIQLAMA: "İran oğlumu öldürmək istəyib"
İsrailin Baş naziri Benyamin Netanyahu oğullarından birinə qarşı sui-qəsd cəhdindən danışıb. Oxu.Az xəbər verir ki, baş nazir bunu "Channel 14" telekanalının hərbi müxbiri Noam Amir ilə telefon danışığı zamanı bildirib. "Bu, inanılmaz hadisədir. İran oğullarımdan birini hədəfə aldı. Onu öldürməyə, oğullarımdan birini öldürməyə cəhd göstərdi", - deyə Netanyahu bildirib. "Bu, sizə təqdim olunan kəşfiyyat məlumatlarının bir hissəsidir?" - deyə Amir soruşub. "İran oğullarımdan birini öldürməyə cəhd göstərib. Buna görə də aldığım mühafizə sadəcə bir lüks deyil. Bu olmadan onlar oğlumu öldürməyə nail ola bilərdilər. İnsanlar, xüsusilə seçki kampaniyası zamanı, müəyyən təmkin nümayiş etdirməlidirlər", - deyə Netanyahu cavab verib. "Şin Bet"in (İsrail Təhlükəsizlik Agentliyi) rəhbəri David Zini ilə danışdım və ondan baş nazirliyə namizəd olan istənilən şəxsin müvafiq təhlükəsizliklə təmin edilməsini istədim", - deyə Netanyahu əlavə edib.
Mənbə
oxu.az