Şou biznes
Dr. Dre yaradıcılığında süni intellektdən istifadə etdiyini təsdiqlədi
Məşhur repçi və prodüser Dr. Dre öz musiqi fəaliyyətində süni intellekt (Sİ) texnologiyalarından yararlandığını təsdiqləyib. Oxu.Az xəbər verir ki, sənətçi bu barədə "The New York Times" (NYT) qəzetinə verdiyi müsahibədə bildirib. Dr. Dre süni intellekti yaradıcılıq prosesində yeni bir vasitə kimi qəbul etdiyini diqqətə çatdırıb. Onun fikrincə, neyroşəbəkələrin tətbiqinə qarşı çıxan şəxslər əslində yenilikləri kəşf etməkdən və öyrənməkdən çəkinirlər. "Mən onda süni intellektdə heç bir təhdid görmürəm. Hesab edirəm ki, bunu təhlükə kimi qəbul edənlər yalnız yaradıcılıq qabiliyyətində sıxıntı yaşayanlardır", - deyə musiqiçi vurğulayıb. O, prodüser işlərində də süni intellektə müraciət etdiyini təsdiqləyib. "Bir daha qeyd edirəm, bu, sadəcə yeni ərsəyə gətirdiyim işə necə təsir edəcəyini görmək üçün istifadə olunan bir alətdir", - deyə Dr. Dre aydınlıq gətirib.
Mənbə
oxu.az