Dünya

ABŞ Suriyanı terrorçuluğun sponsorları siyahısından çıxardı

25 Aug 2026, 02:06 3 baxış
ABŞ Suriyanı terrorçuluğun sponsorları siyahısından çıxardı
ABŞ administrasiyası Suriyanı terrorçuluğun sponsorları siyahısından çıxarıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması da ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyinin terror təşkilatları siyahısından çıxarılıb. Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) HTŞ-ni öz sanksiya siyahısından çıxarıb. Lakin Maliyyə Nazirliyi "Əl-Qaidə" terror qruplaşmasına yardım göstərdikləri üçün keçmiş HTŞ üzvü olan iki şəxsə qarşı sanksiya tətbiq edib. Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi terrorçuluğu dəstəkləyən ölkələr siyahısında yer alan dövlətlərlə ticarət aparan hüquqi və fiziki şəxslərə, habelə həmin ölkələrə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər. Hazırda bu siyahıda İran, Şimali Koreya və Kuba yer alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər