Dünya
İsrail ordusundan Qəzzada gözlənilməz ZƏRBƏ: HƏMAS komandiri öldürüldü
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının mərkəzi hissəsində HƏMAS hərəkatının hərbi qanadının "Deyr əl-Bəlah" batalyonunun rota komandirini öldürüb. Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. "İsrail Müdafiə Ordusu Deyr əl-Bəlah bölgəsinə zərbə endirib və HƏMAS-ın hərbi qanadının "Deyr əl-Bəlah" batalyonunun rota komandiri Şərif əl-Həsənatı öldürüb", - deyə bəyanatda bildirilib. Mətbuat xidmətinin məlumatına görə, əl-Həsənat terror hücumlarını idarə edib və Qəzza zolağında HƏMAS-ın yeraltı obyektlərinin bərpası səylərinə rəhbərlikdə iştirak edib. Qurum qeyd edib ki, əl-Həsənat SAXAL hərbçiləri üçün birbaşa təhlükə təşkil edib və bu təhlükəni aradan qaldırmaq məqsədilə öldürülüb.
Mənbə
oxu.az