Dünya
Fransadan Ukraynaya yeni hərbi dəstək: Makron açıqladı - FOTO
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Krivoy Roqa endirdiyi zərbədən sonra Ukraynaya dəstəyin gücləndiriləcəyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra "X" sosial şəbəkəsində paylaşım edib.
Makron Krivoy Roqda ticarət mərkəzinə endirilən zərbə ilə bağlı Ukrayna prezidentinə həmrəylik ifadə edib, Kiyevə qarşı hücumları pisləyib. O bildirib ki, Fransa Ukraynaya dəstəyi gücləndirəcək. Bu çərçivədə Ukraynaya raket-interseptorlar göndəriləcək və ballistik raketlərə qarşı koalisiya çərçivəsində əməkdaşlıq davam etdiriləcək.

Mənbə
oxu.az