Kriminal

Sabirabadda ağır qəza: ölən var

23 Aug 2026, 00:20 2 baxış
Sabirabadda ağır qəza: ölən var

Sabirabad rayonunda motosikletçinin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, Sabirabad şəhərində qeydə alınan qəza zamanı Saatlı şəhər sakini – 1986-cı il təvəllüdlü Seyfəli Arif oğlu Kərimovun idarə etdiyi “Mersedes” markalı avtomobil ilə Sabirabad şəhər sakini – 1958-ci il təvəllüdlü Əlixan Məzahir oğlu Əliyevin idarə etdiyi motosiklet toqquşub.


Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həlak olub.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər