Digər
İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
İran Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi İbrahim Rzayi X hesabında yazıb.
“ABŞ-a məxsus hərbi və yanacaqdolduran təyyarələrin Qətər, Küveyt, BƏƏ və digər ölkələrin hava limanlarına endiyi barədə məlumatlar daxil olur. Onlar öz ərazilərini düşmən üçün səngərə çeviriblər. Sonradan şikayətlənməsinlər”, - Rzayi qeyd edib.
Mənbə
axar.az