Digər

Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov

23 Aug 2026, 00:31 1 baxış
Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov

Hazırda ruslar reaktiv pilotsuz uçuş aparatlarının istehsalını fəal şəkildə artırırlar və “Banderol” raket-dronlarının aylıq istehsalını 300–400 ədədə çatdıra bilərlər.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin müdafiənin texnoloji istiqamətlərinin inkişafı məsələləri üzrə müşaviri Sergey Beskrestnov bildirib.


“Hazırda ruslar reaktiv PUA-ların, “Şahid”lərin istehsalını artırırlar. Çünki onlar bilirlər ki, biz adi PUA-larla effektiv mübarizə apara bilirik. Onlar zərbə məqsədli adi benzin mühərrikli “Şahid”lərdən istifadəyə davam edirlər, lakin sərhədyanı ərazilərdə...”, – deyə Beskrestnov qeyd edib.


Onun sözlərinə görə, cəbhəboyu ərazilərdə işğalçılar daha yüksək sürət inkişaf etdirə bilən reaktiv versiyalı zərbə PUA-larından getdikcə daha fəal istifadə edirlər.


Ukrayna prezidentinin müşaviri həmçinin bildirib ki, Rusiya artıq əsas diqqətini reaktiv “Geran-3”ə yönəltmir, çünki onun sürət göstəriciləri yetərli olmayıb. Bunun əvəzinə ruslar daha güclü “Geran-4”ə və “Banderol”a üstünlük verirlər.


“Banderol” – demək olar ki, bunu PUA adlandırmaq olmaz, bu artıq kiçik raketdir. Əlbəttə, onu real vaxt rejimində idarə etmək mümkün deyil, lakin onun təxminən 100 kiloqram ağırlığında döyüş başlığı var. Bu isə reaktiv “Şahid”in döyüş başlığından iki dəfə çoxdur”, – deyə o vurğulayıb.


O qeyd edib ki, yüksək sürəti və aktiv manevr etmək qabiliyyətinə görə “Banderol” Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün daha çətin hədəfdir. Onun proqnozuna görə, Rusiya bundan sonra da bu silaha üstünlük verəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər