İdman

İngiltərə Premyer Liqası: "Brentford" "Tottenhem"i sarsıtdı - VİDEO

22 Aug 2026, 23:36 3 baxış
İngiltərə Premyer Liqası: "Brentford" "Tottenhem"i sarsıtdı - VİDEO
2026/2027 mövsümündə İngiltərə Premyer Liqasının I turunda "Brentford" və "Tottenhem" komandaları üz-üzə gəlib. Oxu.Az xəbər verir ki, Brentforddakı "Gtech Community" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunu Aşinqtondan olan Maykl Oliver idarə edib. "Brentford" 12-ci dəqiqədə hesabı açıb. Müdafiəçi Kin Lyuis-Potter fərqlənərək komandasını önə keçirib. 33-cü dəqiqədə yarımmüdafiəçi Vitali Yanelt meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. 49-cu dəqiqədə cinah müdafiəçisi Mikael Kayo­de "Tottenhem"in qapısına üçüncü qolu vurub. 55-ci dəqiqədə "Brentford"un braziliyalı hücumçusu İqor Tyaqo penaltidən yararlana bilməyib. II turda "Tottenhem" avqustun 29-da doğma meydanda "Nyukasl Yunayted"i qəbul edəcək. "Brentford" isə avqustun 30-da səfərdə "Lids Yunayted"lə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər