İdman

İtaliya A Seriyası: "İnter" "Monza"nı darmadağın etdi - VİDEO

23 Aug 2026, 00:00 2 baxış
İtaliya A Seriyası: "İnter" "Monza"nı darmadağın etdi - VİDEO
İtaliya A Seriyasının 2026/2027 mövsümünün I turunda "İnter" və "Monza" komandaları üz-üzə gəlib. Oxu.Az xəbər verir ki, Milandakı "San-Siro (Cüzeppe Meatsa)" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın baş hakimi Livio Marinelli olub. "İnter" 6-cı dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabı açıb. "Monza" 29-cu dəqiqədə Quştavu Varelanın qolu ilə bərabərlik yaradıb. Pyotr Zielinski 48-ci dəqiqədə Milan təmsilçisini yenidən önə keçirib. Yeddi dəqiqə sonra Françesko Esposito fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə isə "İnter"in müdafiəçisi Yann Bissek komandasının dördüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər