Digər

İsrail İdlibdə hərbi aviabazanı vurdu

18 Aug 2026, 13:06 2 baxış
İsrail İdlibdə hərbi aviabazanı vurdu

İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətinin şərq hissəsindəki "Əbu-əl-Duhur" hərbi aviabazasının uçuş-enmə zolağına 8 zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə Suriyanın "Əl-İxbariyyə" agentliyi məlumat yayıb.


Bildirilib ki, zərbələr nəticəsində aerodromun infrastrukturuna maddi ziyan dəyib.


Tələfatın olub-olmaması barədə məlumat verilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər