Digər
Rusiyanın şimaldan yeni hücumu gözlənilir - Skibitski
2027-ci ilin əvvəlində Rusiyanın şimaldan yeni hücumu gözlənilir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin direktor müavini Vadim Skibitski deyib.
Onun sözlərinə görə, Kiyev və ya Çerniqov bölgələrinə yeni hücum cəhdi Rusiyadakı səfərbərlikdən asılı olacaq:
“Hazırda kəşfiyyat nə qoşun cəmləşməsini, nə də şimaldan hücuma hazırlığın digər əlamətlərini görmür.
Lakin Rusiya bu il yeni səfərbərlik dalğası keçirərsə, bir neçə ay ərzində güclü zərbə qüvvəsi toplaya bilər”.
Skibitski bildirib ki, belə hücum 2027-ci ilin fevralına gözlənilir.
Mənbə
axar.az