İdman

Məşhur futbolçu islam dinini qəbul etdi - Foto

18 Aug 2026, 13:50 1 baxış
Məşhur futbolçu islam dinini qəbul etdi - Foto

Braziliya və dünya futbolunun əfsanəvi simalarından, bir dönəm Türkiyənin “Fənərbağça” klubunun futbolçusu olmuş Roberto Karlosun islam dinini qəbul etdiyi iddia olunub.


Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, Braziliyada tanınan din xadimlərindən Şeyx Cihad Həmmadə məşhur futbolçunun uzun müddətdir onunla əlaqə saxladığını bildirib.


Həmmadənin sözlərinə görə, Roberto Karlos təxminən 4 həftə əvvəl onunla görüşüb və kəlmeyi-şəhadət gətirərək islamı qəbul edib.


İddialara görə, keçmiş futbolçu daha sonra Mərakeş əsilli Souhila Əl-Təhri ilə evlənib. İslam qaydalarına uyğun keçirildiyi bildirilən nikah mərasimini isə Şeyx Cihad Həmmadə həyata keçirib.

Mənbə axar.az

Oxşar Xəbərlər