Bakıda köhnə tikili yanır - Video
12:59
Bakının Nəsimi rayonunda köhnə tikili yanır.
Axar.az Report-a istinadla xəbər verir ki, yanğın Nəsimi metrostansiyasının yaxınlığında yerləşən keçmiş fabrik kimi fəaliyyət göstərən tikilidə baş verir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi və ətrafa yayılması istiqamətində işlər aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.