Digər

İran dronu Bərzaninin ofisinə hücum etdi - Arakçıdan bəyanat

18 Aug 2026, 11:55 2 baxış
İran dronu Bərzaninin ofisinə hücum etdi - Arakçıdan bəyanat

İraq Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzaninin ofisinə hücumu heç nə əsaslandıra bilməz.


Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı X sosial hesabında yazıb.


“Bərzaninin ofisinə edilən ehtiyatsız hücumu heç nə əsaslandıra bilməz. Kürd dostlar qonşular arasında nifaq salmaq üçün yalançı planlara qarşı ayıq olmalıdırlar. Biz kürd dostlarımızı Səddam və İŞİD-dən qoruduq və sərhədimizdə təmin etdikləri təhlükəsizlik üçün minnətdarıq”, - Arakçı bildirib.


Qeyd edək ki, dünən İran istehsalı iki “Hadid-110” dronu ilə İraq Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzaninin şəxsi ofisinə hücum edilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər