İqtisadiyyat

Dövlət büdcəsində iki milyardlıq profisit yaranıb

18 Aug 2026, 13:36 1 baxış
Dövlət büdcəsində iki milyardlıq profisit yaranıb
2026-cı ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri 19 milyard 179.2 milyon manat, xərcləri isə 16 milyard 775.5 milyon manat təşkil edib. Bu barədə Oxu.Az-a Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nəticədə dövlət büdcəsində 2 milyard 403.7 milyon manat məbləğində profisit yaranıb. Dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 18 milyard 828.9 milyon manat olduğu halda, faktiki icra 19 milyard 179.2 milyon manat təşkil edib. Beləliklə, gəlirlər proqnoza nisbətən 350.3 milyon manat və ya 1.9 faiz çox icra olunub. Dövlət büdcəsinin gəlirlərinin 2 milyard 403.7 milyon manatlıq profisitlə icra olunması ötən ilin müvafiq dövrü ilə müqayisədə 304.5 milyon manat və ya 11.2 faiz azdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər