Kriminal

Qəbələdə 71 yaşlı qadını vurub öldürən sürücüyə hökm oxundu

18 Aug 2026, 13:40 1 baxış
Qəbələdə 71 yaşlı qadını vurub öldürən sürücüyə hökm oxundu
Qəbələ Rayon Məhkəməsində 71 yaşlı piyadanın ölümündə təqsirləndirilən sürücü Hamlet Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Yolçuyev 4 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, hadisə martın 23-də Qəbələ şəhəri ərazisində baş verib. Şəhər sakini Hamlet Yolçuyevin idarə etdiyi KİA markalı avtomobil yolu keçən piyada, 71 yaşlı Səmayə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Qəbələ RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər