İdman
Harri Keyn "Bavariya"da qalacaq? - ÖZÜ AÇIQLADI
Almaniya futbolunun nəhəngi olan "Bavariya" klubu ulduz futbolçusu Harri Keynlə əməkdaşlığı davam etdirmək niyyətindədir. Belə ki, tərəflər arasında müqavilə müddətinin uzadılması istiqamətində artıq rəsmi danışıqlara başlanılıb. Oxu.Az-ın məlumatına görə, bu barədə ingiltərəli hücumçu özü Almaniya mətbuatına açıqlama verib. Təcrübəli forvardın sözlərinə görə, məhz indiki məqam yeni sözləşmənin şərtlərini masaya yatırmaq və detalları müzakirə etmək üçün ən yaxşı vaxtdır. Xatırladaq ki, məhsuldar hücumçu 2023-cü ilin avqust ayından etibarən "Bavariya"nın uğurları üçün tər tökür. Hazırda onun Münhen təmsilçisi ilə 2027-ci ilin iyun ayınadək qüvvədə olan rəsmi müqaviləsi mövcuddur.
Mənbə
oxu.az