Digər

Ermənistanda küçəyə İran şəhərinin adı verildi

18 Aug 2026, 13:32 1 baxış
Ermənistanda küçəyə İran şəhərinin adı verildi

Ermənistanın Gorus şəhərində küçələrdən birinə İranın Nain şəhərinin adı verilib.


Axar.az xəbər verir ki, bu barədə “Fars Nyus” məlumat yayıb.


Məlumata görə, ötən il Nain və Gorus şəhərləri arasında qardaşlaşma sazişi imzalanıb. Küçəyə Nain adının verilməsi həmin saziş çərçivəsində atılan ilk konkret addımlardan biri olub.


Bildirilib ki, mərasimdə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami və Qafandakı baş konsulu Məhəmməd Abidini Vəramin iştirak ediblər. Abidini bu addımın İran-Ermənistan mədəni əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər